MƏHSUL HAQQINDA
Mineral yağ əsaslı olub, hamar səthli betonun əldə olunması
məqsədi ilə qəliblərə çəkilir, taxta və polad qəliblərin asanlıqla sökülməsini
təmin edən, eyni zamanda betonun bərkiməsi zamanı ayrılan istiyə davamlı, su ilə
qarışa bilən qəlibayırıcı məhsuldur.
İSTİFADƏ SAHƏLƏRİ
Müxtəlif təyinatlı taxta, faner, polad və şüşə qəliblərin
yağlanmasında istifadə olunur.
İSTİFADƏ QAYDALARI
İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmağa
mane olan qalıqlardan təmizlənməlidir.
Tətbiqi. Qəlib yağı məhsulunu 1/9 nisbətində
su ilə yaxşıca qarışdıraraq, qəliblərə püskürtmə yolu ilə və ya fırça ilə çəkin.
Qəlibayırıcıdan istifadə etməzdən əvvəl qəlibləri təmizləyin. Daha yaxşı nəticə
əldə etmək üçün Qəlib yağı məhsulunu qəlibin üzərinə incə bir təbəqə şəklində,
eynicinsli vəziyyətdə tətbiq edin. Məhsulu münasib şəkildə yayaraq bir yerdə
toplanıb qalmasına yol verməyin. Püskürtmə zamanı aparatla qəlib səthi
arasındakı məsafə 40 – 80 sm olmalıdır.
Tövsiyələr. İstifadə olunacaq səthin temperaturu
+10˚C
- +35˚C
olmalıdır. Məhsulun istifadə olunduğu səth 24 saat günəşdən, yağışdan, küləkdən
və donmadan qorunmalıdır.
SƏRFİYYAT
1 litr Qəlib yağı ilə 60-100 m2
– lik qəlib səthləri yağlanır.
XƏBƏRDARLIQLAR
· qəlib yağından istifadə zamanı işin və işçinin təhlükəsizliyi
qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və
maskadan istifadə edin;
· gözə düşərsə dərhal su ilə yuyun;
· məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları
qoymayın;
· uşaqların əli çatmayan yerlərdə saxlayın.